Türkiyədə sürücüsü infarkt keçirən mikroavtobus dənizə düşüb, 1 nəfər ölüb, 10 nəfər yaralanıb

Türkiyənin Balıkesir vilayətinin Ayvalık rayonunda mikroavtobusun sürücüsü sükan arxasında infarkt keçirib, sərnişin dolu nəqliyyat vasitəsi dənizə düşüb.

"Report" xəbər verir ki, bu barədə "Yeni Şafak" məlumat yayıb.

Qeyd olunub ki, xəsarət alan sürücü və biri körpə olmaqla 10 sərnişin dənizə düşən mikroavtobusdan çıxarılaraq xəstəxanaya çatdırılıblar.

Həkimlərin səylərinə baxmayaraq, sürücü həyatını itirib.

Digər xəbərlər