Azərbaycanla sülh müqaviləsi Ermənistan Konstitusiyasına dəyişikliklər edildikdən sonra imzalanacaq.
"Report" xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bu gün jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Ermənistanın yeni Konstitusiyasının qəbul edilməsi zərurəti təkcə Bakı ilə sülh gündəliyi ilə deyil, həm də mövcud reallıqlarla şərtlənib.
"1990-cı illərdə qəbul edilmiş Konstitusiya ilə bugünkü reallıqlar, mövcud geosiyasi vəziyyət tamamilə fərqlidir. Beş il əvvəlki Ermənistanla müasir Ermənistan eyni deyil", - A.Simonyan əlavə edib.