İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daha əvvəl özü tərəfindən ballistik raketlərin uçuş məsafəsinə qoyulmuş 2 000 kilometrlik məhdudiyyətin ləğv edildiyini bəyan edib.
"Report" xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.
Tehranda keçirilən mətbuat konfransında raketlərin uçuş məsafəsinə qoyulan məhdudiyyətlə bağlı suala cavab verən SEPAH-ın rəsmi nümayəndəsi, briqada generalı Hüseyn Möhebbinin sözlərinə görə, artıq bu məhdudiyyət qüvvədə deyil.
"Bizim üçün bu məhdudiyyət aradan qaldırılıb", - o bildirib.