SEPAH: Hörmüz boğazında iki tanker minaya düşüb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü və yanmağa başladığını iddia edib.

"Report" xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, tankerlər Hörmüz boğazının şərqində və bilavasitə boğazın özündə müəyyən edilmiş marşrutdan kənar hərəkət etməyə cəhd göstəriblər.

Bəyanatda gəmilərin çoxsaylı qayda pozuntularına yol verdiyi, naviqasiya və mövqeləndirmə sistemlərini söndürdüyü, eləcə də boğazdan icazəsiz marşrutla keçməyə çalışdığı iddia olunub. Nəticədə hər iki gəminin minaya düşərək partladığı və güclü yanğın baş verdiyi bildirilib.

Digər xəbərlər