Rusiyanın Leninqrad vilayətində sentyabr ayı ərzində 19 nəfər alkoqol surroqatından zəhərlənərək ölüb.
"Report" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Regional hökumətin məlumatına görə, sentyabr ayı ərzində Leninqrad vilayətinin Slantsevski rayonunda alkoqol qəbulundan sonra 19 nəfər ölüb. Səkkiz nəfərin ölümünə səbəbin metanoldan zəhərlənmə olması laboratoriya şəraitində təsdiqlənib.