Qırğızıstanda prezidentliyə namizədlərin sayı 10 nəfərə çatıb

Mambetjunus Abılov Qırğızıstanın Seçki və Referendumlar üzrə Mərkəzi Komissiyasına prezident postuna namizədliyinin fərdi qaydada irəli sürülməsi barədə ərizə təqdim edib.

"Report" xəbər verir ki, bu barədə "24 kg" agentliyi məlumat yayıb.

Beləliklə, o, dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürmüş sayca onuncu iddiaçıdır.

Qeyd edək ki, namizədliyin irəli sürülməsi ilə bağlı ərizələrin qəbulu bu gün gecə yarısı başa çatır.

Qırğızıstanda prezident seçkiləri 2027-ci il yanvarın 27-də keçiriləcək.

Mambetjunus Abılov 1996–1998-ci illərdə fövqəladə hallar naziri vəzifəsində çalışıb. Daha sonra Qırğızıstanın Malayziya və Türkiyədəki səfiri işləyib.

Digər xəbərlər