Antalyada COP31 liderlərinin sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan İran Prezidenti Məsud Pezeşkianla görüşüb.
"Report" xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin dəftərxanası məlumat yayıb.
Bildirilib ki, həmsöhbətlər Ermənistan-İran hökumətlərarası komissiyasının İrəvanda bu yaxınlarda keçirilmiş iclasında əldə olunmuş razılaşmaları və onların səmərəli icrasını vurğulayıblar.
Diplomatlar yüksək səviyyəli ikitərəfli görüşlərin intensiv xarakterini vurğulayıb və onların müxtəlif istiqamətlərdə Ermənistan-İran əlaqələrinin genişlənməsinə təkan verəcəyinə əmin olduğunu bildiriblər.
Paşinyan və Pezeşkian həmçinin iki ölkə arasında əməkdaşlığa dair gündəlikdəki məsələləri müzakirə ediblər.