Rusiya XİN Moldova səfirinə etirazını bildirib

Moldovanın Rusiyadakı səfiri Lilian Darii Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

"Report" Rusiya XİN-in bəyanatına istinadən xəbər verir ki, Moldova ərazisində partlayıcı maddəsi olan pilotsuz uçuş aparatının (PUA) qalıqlarının tapılmasına görə oktyabrın 23-də Moldova hakimiyyəti tərəfindən Rusiyanın Kişineudakı səfirliyinin əməkdaşının "persona non-qrata" elan edilməsi ilə əlaqədar ona qəti etiraz bildirilib.

"Sözügedən PUA-nın Rusiya mənşəli olduğuna dair sübutların olmaması, Moldovanın növbəti qeyri-dost addımına çevrilən müvafiq qərarın uydurma xarakter daşıdığını göstərir", - qurumun bəyanatında qeyd olunub.

Moldova səfirinə Rusiya XİN-in notası təqdim edilib.

Digər xəbərlər