SEPAH Hörmüzdə neft tankerlərinin partlayışına görə ABŞ-ni günahlandırıb

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında üçüncü neft tankerinin minaya düşərək partladığını bildirib və buna görə ABŞ-ni günahlandırıb.

"Report" xəbər verir ki, bu barədə SEPAH-a istinadən IRIB məlumat yayıb.

"Özünün Hörmüzə yaxınlaşmağa cəsarəti olmayan Amerika ordusu boğazın açıq olması yalanı ilə neft tankerlərini atəşə sürükləyir", - SEPAH-dan bildirilib və əlavə edilib ki, Hörmüz boğazının icazəsiz (İranın elan etdiyi istiqamətdən kənar-red.) marşrutunda üçüncü neft tankeri dəniz minasına çırpılaraq partlayıb.

Qeyd olunub ki, bu neft tankeri Hörmüz boğazının şərq bölgəsində yanmaqdadır və yanğından yaranan tüstü Hörmüz boğazının səmasını bürüyüb:

"Amerika ordusunun Hörmüz boğazının cənubundakı sahil radar və naviqasiyaya kömək sistemləri məhv edildikdən sonra, bu neft tankerləri daha çox risklə üzləşir, təhlükəli və qanunsuz marşrutlardan keçməyə cəhd etdikləri üçün dəniz minalarına çırpılır".

Digər xəbərlər