Rusiya və Ukrayna BƏƏ-də keçirilən danışıqların yekunlarına əsasən sülhə yaxınlaşıb.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkə Prezidentinin köməkçisi, Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib.
Onun sözlərinə görə, eyni zamanda çox şey prosesin bütün iştirakçılarından asılıdır.
"Bir çox şey Ukraynadan, ABŞ-nin mövqeyindən, eləcə də Avropadan asılıdır. İstənilən halda qarşımıza qoyduğumuz bütün məqsədlərə nail olunacaq", - Medinski qeyd edib.