Avropa tərəfinin Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlara qoşulmasının razılaşdırması zəruridir.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi elçisi Cared Kuşner Əbu-Dabidə keçirilən mətbuat konfransında Avropanın danışıqlar prosesində iştirakı imkanı barədə bildirib.
O qeyd edib ki, noyabrın 12-də Moskvada Rusiyanın Prezidenti Vladimir Putinlə görüşü zamanı belə bir təkliflə çıxış edəcək.
"Moskvadakı görüşün məqsədlərindən biri, danışıqların çoxtərəfli format alması üçün avropalıların cəlb edilməsi məsələsinin işlənib hazırlanması olacaq", - o, ABŞ-yə avropalıların danışıqlar masası arxasında olmasının lazım gəldiyini qeyd edərək bildirib.