Rusiya və Ukrayna arasında əsir mübadiləsi yaxın 2-3 həftə ərzində baş tuta bilər və o, ən genişmiqyaslı olacaq.
"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Baş Qərargahının nümayəndəsi Aleksandr Zorin bildirib.
Onun sözlərinə görə, mübadilə zamanı hər tərəfdən əsirlərin sayı 1 mindən çox nəfər təşkil edəcək.
Rusiya və Ukrayna nümayəndə heyətləri noyabrın 10-11-də Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar zamanı mübadilənin aparılması barədə razılığa gəliblər. Keçən dəfə Moskva və Kiyev oktyabrın sonunda "270-in 270-ə" formulu üzrə əsir mübadiləsi ediblər.