Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türk Dövlətləri Təşkilatının (TDT) yeni təyin olunmuş baş katibi Mirvoxid Azimov Antalyada COP31 çərçivəsində baş tutan görüşdə təşkilatın 2027-ci ildə keçiriləcək Zirvə görüşünə hazırlığı müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər noyabrın 11-də vəzifəsinin icrasına başlayacaq yeni baş katibin qarşısında duran prioritet vəzifələr, həmçinin Özbəkistan və TDT arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Təşkilatın 2027-ci ildə Özbəkistanda keçiriləcək sammitinə hərtərəfli hazırlığa xüsusi diqqət yetirilib.
Görüşün sonunda Mirziyoyev Azimovu təyinatı münasibətilə təbrik edib və fəaliyyətində uğurlar arzulayıb.