Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) səsvermə hüququndan məhrum edilib.

"Report" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Yunaşev Live" teleqram kanalına açıqlamasında bildirib.

"Ermənistan bir neçə ildir üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə təşkilatın nizamnaməsini rəhbər tutaraq onun səsvermə hüququndan, həmçinin KTMT-də məsul vəzifələrə öz nümayəndələrini təyin etmək hüququndan məhrum edilməsi təklif olunub və bu qərar qəbul edilib", - o qeyd edib.

Digər xəbərlər