Putin Uitkoff və Kuşnerdən Ukrayna üzrə danışıqların perspektivlərini dəyərləndirməyi istəyib

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşnerdən Əbu-Dabidə (BƏƏ) keçirilən danışıqların yekunlarına əsasən gələcək təmasların perspektivlərini qiymətləndirməyi xahiş edib.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Putin Moskvada ABŞ Prezidentinin xüsusi elçiləri ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, Avropa ölkələri bilirlər ki, xarici kontingentlərin Ukraynada yerləşdirilməsi Rusiya üçün qəbuledilməzdir.

XƏBƏR YENİLƏNİR

Digər xəbərlər