Gürcüstanda zəlzələ olub

Gürcüstan ərazisində 3,4 maqnitudalı zəlzələ baş verib.

Bu barədə "Report" Gürcüstan mətbuatına istinadən məlumat verir.

Zəlzələ Tbilisidən 5 kilometr məsafədə və Msxeta şəhərindən 3 kilometr qərbdə yerləşən Dzeqvi kəndində qeydə alınıb.

Zəlzələnin episentri 5 kilometr dərinlikdə yerləşib.

Zərərçəkənlər və dəymiş ziyan barədə məlumat daxil olmayıb.

Digər xəbərlər

Paşinyan Rusiyaya səfər edəcək 18 dekabr, 2025 / 13:53