Ermənistan Vardan Hovakimyanı Avropa İttifaqı və Belçikaya müdafiə məsələləri üzrə attaşe təyin edib.
"Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Baş nazir Nikol Paşinyanın sərəncamı ilə Hovakimyan 2027-ci ilin avqustuna qədər bu vəzifədə olacaq. Hovakimyan həm də Ermənistanın NATO-dakı hərbi attaşesidir. Bundan əvvəl Ermənistan Fransada hərbi attaşe təyin etmişdi. Bu vəzifəni Artur Aznavuryan icra edir.