Bolqarıstandan Türkiyəyə keçən TIR-da 144 kq narkotik aşkarlanıb

Bolqarıstandan Türkiyəyə keçən TIR-da 144 kq-dan artıq narkotik aşkarlanıb.

"Report" bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Belə ki, Ədirnə vilayətinin Kapıkule sərhəd keçid məntəqəsində bir TIR-da 144 kiloqram 732 qram narkotik vasitə ələ keçirilib.

TIR sürücüsü saxlanılıb, faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24