Bişkekdə İT-şəhərciyinin inşası planlaşdırılır

Bişkek yaxınlığındakı Baytik kəndində "Digital Kyrgyz Hub" İT-şəhərciyinin tikintisi planlaşdırılır.

"Report" Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin məlumatında deyilir.

Layihənin baş planı, texniki-iqtisadi əsaslandırması və layihə sənədləri gələn il hazırlanacaq. 10 hektar ərazidə ofislər, akseleratorlar, süni intellekt və kibertəhlükəsizlik mərkəzləri, təhsil klasterləri, yaşayış və sosial obyektlərin, həmçinin data-mərkəzlərin tikintisi nəzərdə tutulur.

Layihənin həyata keçirilməsi təxminən 200 İT şirkəti və startapın fəaliyyətini təmin edəcək, ən azı 5 min iş yeri yaradılacaq.

Digər xəbərlər