Ukraynaın aparıcı əczaçılıq şirkəti "Arterium" Korporasiyasının Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri şəhəri, Bakı şəhəri̇ Xətai rayonu, Xocalı prospekti, 37 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, korporasiyanın Azərbaycandakı nümayəndəliyi 2013-cü ildə dövlət qeydiyyatına alınıb.