"Birbank" hərbçilər üçün nağd kreditdə 5 %-dək güzəşt təqdim edir

Hərbçi müştərilərinə maliyyə ehtiyaclarını daha sərfəli şərtlərlə qarşılamaq imkanı yaradan "Birbank" xüsusi kredit kampaniyasına start verib. 12–30 noyabr tarixlərində davam edəcək kampaniya çərçivəsində hərbçilər 50 000 manatadək nağd krediti 5 %-dək endirimlə və zaminsiz əldə edə bilərlər.

Kampaniyanın diqqətçəkən üstünlüklərindən biri kredit müraciətinin sadələşdirilmiş proseslə həyata keçirilməsidir. Rəsmiləşdirmə zamanı əlavə sənədlər tələb olunmur, müraciət isə onlayn və ya oflayn qaydada operativ şəkildə edilir. Beləliklə, müştərilər kredit üçün müraciət prosesinə daha az vaxt sərf edərək ehtiyac duyduqları maliyyə imkanına daha rahat çıxış əldə edirlər.

Kredit müraciətini "Birbank" mobil tətbiqi vasitəsilə onlayn şəkildə etmək mümkündür. Bununla yanaşı, müştərilər "Birbank" çatı, 196 Əlaqə Mərkəzi vasitəsilə, eləcə də istənilən "Kapital Bank"/"Birbank" filialına yaxınlaşaraq fürsətdən yararlana bilərlər.

"Birbank" bu kampaniya ilə hərbçilərə daha əlçatan və sərfəli maliyyə həlli təqdim etməyi hədəfləyir.

Ətraflı məlumat üçün: https: //www.b-b.az/nYxXDn

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən "Kapital Bank"ın əmtəə nişanı olan "Birbank", 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 120 filial, 48 şöbədən və 15 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. "Birbank"ın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Digər xəbərlər