Azərbaycanda iqtisadi artım qlobal çağırışlara baxmayaraq davam edib.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bu ilin ötən dövründə qlobal mühitdə baş verən qeyri-müəyyənliklərə və geosiyasi çağırışlara baxmayaraq, Prezident İlham Əliyevin tərəfindən həyata keçirilən düşünülmüş, məqsədyönlü ardıcıl siyasətin nəticəsində ölkəmizdə iqtisadi inkişaf davam edib, vətəndaşların sosial rifahı yüksəlmiş və makroiqtisadi sabitlik təmin edilib: "10 ayın nəticələrinə əsasən iqtisadi artım 1,7 % təşkil edib. Qeyri-neft ümumi daxili məhsulun artımı isə 2,9 % səviyyəsində formalaşıb. Mərkəzi Bankın oktyabr proqnozlarına əsasən, 2027-ci ilin sonunda ÜDM-in artımı 2,3 % olacaq, qeyri-neft ümumi daxili məhsulun artımı isə 4,3 % səviyyəsində olacağı gözlənilir"
T. Kazımov deyib ki, bu ilin oktyabrın nəticələrinə əsasən illik inflyasiya 5,2 % təşkil edib: "Bu göstərici Mərkəzi Bankın hədəf diapazonunda inflyasiyanın formalaşmasını deyir. Bizim oktyabr proqnozlarımıza əsasən, orta hesabla inflyasiya orta müddətdə 5,3 % olacaq. Orta müddətdə dedikdə 2027–2028-ci illər nəzərdə tutulur".