Kapitallaşmaya görə iki ən böyük kriptovalyutanın – "Bitcoin" və "Ethereum"un dəyəri müvafiq olaraq 6% və 9%-dən çox azalıb.
"Report" xəbər verir ki, bunu "Binance" kriptovalyuta birjasının məlumatları göstərir.
Bakı vaxtı ilə saat 02:35-ə olan məlumata görə, "Bitcoin"in məzənnəsi 6,7% azalaraq 63 777 dollara enib.
Eyni zamanda, "Ethereum"un dəyəri 9,08% azalaraq 1 753 dollara düşüb.