Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Mərkəzi Bankı (AMB) 146 not hərracı keçirib.
"Report" xəbər verir ki, bu barədə qurumun 9 aylıq "Pul Siyasəti İcmalı"nda bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,7 % çoxdur.
Sentyabrın sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı isə 1,7 milyard manat təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 1,4 milyard manat çoxdur.
Keçirilən hərraclardan 37-si 28 günlük, 36-sı 84 günlük, 37-si 168 günlük, 36-si isə 252 günlük notlar üzrə olub.