Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda vahid xəzinə hesabının qalığının aktiv idarəetməyə verilməsindən 46,8 milyon manat faiz gəliri əldə edilib.
"Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 9 aylıq hesabatında bildirilir.
Sənədə əsasən, söhbət xarici valyutada olan vəsaitlərin idarə edilməsindən gedir.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda vahid xəzinə hesabının effektiv idarə edilməsi sayəsində dövlət büdcəsinə ümumilikdə 121 milyon manat gəlir təmin olunub.