"Legion Financial" nizamnamə kapitalını yenidən artırır

Azərbaycanda lizinq fəaliyyəti ilə məşğul olan "Legion Financial" ASC "Bakı Fond Birjası" QSC-də daha 95 min manat dəyərində yeni səhm yerləşdirməyə hazırlaşır.

"Report" bu barədə qiymətli kağızların emissiya prospektinə istinadən xəbər verir.

Sənədə əsasən, söhbət hər birinin nominal dəyəri 100 manat olan 950 ədəd adi, adlı, sənədsiz səhmdən gedir. Prosesin anderrayteri "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-dir. Qiymətli kağızlar tam yerləşdirilsə, şirkətin nizamnamə kapitalı 2,3 % artaraq 4,13 milyon manatdan 4,225 milyon manata çatacaq.

Xatırladaq ki, "Legion Financial" 2020-ci ildə yaradılıb. Onun səhmləri Turan İsmayılova (37,53 %), Ramin Süleymanlıya (32,69 % ), Rövşən Sultanova (10,17 %), Böyükağa Məmmədova (13,32 %) və Belarus vətəndaşı Kolas Konstantinə (6,29 %) məxsusdur. T.İsmayılov ləğv prosesində olan "Finoko" ASC bank olmayan kredit təşkilatının (BOKT) İdarə Heyətinin sədridir.

Digər xəbərlər