Azərbaycan bankları "Bloomberg" ticarət sistemindəki əməliyyatların sayını 43 %-ə yaxın azaldıb

Bu ilin yanvar-sentyabr Azərbaycan bankları "Bloomberg" ticarət sistemində 57,6 milyard manat məbləğində 1 648 ədəd əqd bağlayıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 9 aylıq "Pul Siyasəti İcmalı"nda bildirilir.

Sənədə əsasən, bunlar ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11 % çox və 42,5 % azdır.

Ümumilikdə, hesabat dövründə banklararası bazarın təminatsız sektorunda aktivlik davam edib. Bu əməliyyatların 95 %-i 1-3 günlük olub.

Digər xəbərlər