Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna 586 milyon manat vəsait köçürüb.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumdan daxilolmalar Təminat Fonduna 9 aylıq daxilolmaların 94,75 %-ni təşkil edib.
İlin əvvəlində 164,2 milyon manat vəsaiti olan Fondun qalığı bu il oktyabrın 1-nə 469,3 milyon manat olub.