Azərbaycanda 10 ayda səhm bazarının dövriyyəsi 9 dəfə artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda səhm bazarının dövriyyəsi 9 dəfə artıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanın kapital bazarında müsbət meyllər davam edir: "Belə ki, qiymətli kağızlar bazarının dövriyyəsi 35 milyard manata çatıb. Üstəlik, 10 ayın nəticələrinə əsasən, səhm bazarının dövriyyəsi 2,6 milyard manatadək yüksəlib. Bu məqamda qeyd etmək istərdim ki, bu il kapital bazarlarında tariximizdə ikinci kütləvi səhm təklifi həyata keçirilib. Bununla son iki ildə iki kütləvi təklif yerləşdirilib. Bu yerləşdirmənin də əsas təşkilatçıları məhz maliyyə institutları, banklar idi".

Digər xəbərlər