Azərbaycan "İslam Maliyyəsinin Gələcəyi Forumu"nda iştirak edib

Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə sektorunun inkişafı şöbəsinin rəisi Nərgiz Şirəliyeva Dubay Beynəlxalq Maliyyə Mərkəzinin (DIFC) təşkilatçılığı ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən "İslam Maliyyəsinin Gələcəyi Forumu"nda iştirak edib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, N.Şirəliyeva "Tənzimləyici maneələrin aradan qaldırılması: İslam maliyyəsinin qlobal potensialının reallaşdırılması" mövzusuna həsr olunan müzakirə panelində İslam maliyyəsinin beynəlxalq miqyasda inkişafına təsir göstərən əsas tənzimləyici maneələr, müxtəlif ölkələrdə hüquqi və vergi yanaşmalarının fərqliliyi, eləcə də bu sahənin dayanıqlı inkişafı üçün əlverişli tənzimləyici və institusional mühitin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Digər xəbərlər