İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Monte İnvestments" MMC-ni dövlət qeydiyyatına alıb.
“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Nazim İsmayılov ev 9A, mənzil 28, nizamnamə kapitalı 12,34 milyon avro, qanuni təmsilçisi isə Rusiya vətəndaşı Olqa Xoxovadır.