"Atabank" mobil əlavəsini istifadəyə verib

Bakı. 17 may. REPORT.AZ/ "Atabank" ASC-nin müştəriləri banka yaxınlaşmadan smartfonları vasitəsilə bütün bank xidmətlərindən istifadə edə bilərlər". 

"Report" xəbər verir ki, bunu "AtaBank"ın İdarə Heyətinin sədr müavini Etibar Babaşlı deyib.

Onun sözlərinə görə, təmsil etdiyi maliyyə qurumu "AtaNet" adlanan mobil əlavəsini istifadəyə verib: "Təqdim etdiyimiz "Mobile bankıng" məhsulu ənənəvi və qeyri-ənənəvi bank xidmətlərindən istifadə etməyə imkan verir. Bu əlavədə əsasən təhlükəsizliyə üstünlük vermişik. Hətta "PwC" audit şirkəti bu məhsulu test edib. Bu əlavəni həm "Google Play", həm də "App Store"dan tamamilə pulsuz yükləmək mümkündür".

Digər xəbərlər