Gələn ilin büdcə zərfində yaşayış minimumu və ehtiyac meyarının məbləğinin artırılması nəzərdə tutulur.
Bu barədə "Report"a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.
Onun sözlərinə görə, gələn il yaşayış minimumu və ehtiyac meyarının məbləği 314 manat olacaq:
"Yaşayış minimumu və ehtiyac meyarının yuxarı həddi bu ilin göstəricisi ilə müqayisədə 14 manat artırılacaq. Artıq dörd ildir ki, ehtiyac meyarı yaşayış minimumu ilə eyni səviyyəyə gətirilib və bu tendensiya davam etməkdədir. Bu, müsbət göstəricidir".
Qeyd edək ki, hazırda yaşayış minimumu və ehtiyac meyarının məbləği 300 manat təşkil edir.