Aqrar Sığorta Fondu auditor seçir

Aqrar Sığorta Fondu auditor xidməti üçün kotirovka sorğusu elan edib.

"Report" xəbər verir ki, kotirovkada iştirak haqqı 50 manatdır.

İddiaçılar təkliflərini martın 18-nə qədər Fondun yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 175 ünvanına təqdim edə bilərlər.

Təkliflərə martın 18-də, saat 17:45-də qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu sorğunun qalibi "Azəruçot" MMC olub. Şirkətə 5,7 min manat ödənilib.

Digər xəbərlər

DSMF-nin xərcləri 10 % artıb 12 oktyabr, 2026 / 10:23