AMB: Sığortaçıların maliyyə dayanıqlılığının gücləndirilməsi müzakirə olunub

Azərbaycan Mərkəzi Bankında (AMB) qurumun yeni inkişaf strategiyası, sığorta sektorunda risk əsaslı tənzimləmənin təkmilləşdirilməsi və sığortaçıların maliyyə dayanıqlılığının gücləndirilməsinə xidmət edən təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun sədrinin I müavini Əliyar Məmmədyarov ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin rəhbər şəxsləri ilə görüş keçirib. Görüşdə bu ilin 9 ayı üzrə sığorta sektorunun fəaliyyət nəticələri, qlobal makroiqtisadi trendlər, mövcud çağırışlar və inkişaf perspektivləri, eləcə də qarşıda duran strateji prioritetlər müzakirə olunub.

Digər xəbərlər