"Hermes Finance" "Caspian Auto İmport"un səhmdarları sırasından çıxıb

"Hermes Finance" ASC "Caspian Auto İmport" ASC-nin nizamnamə kapitalındakı 400 min manatlıq payını geri götürərək səhmdarlar sırasından çıxıb.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sisteminə istinadən xəbər verir.

Məlumata görə, hər birinin nominal dəyəri 1 manat olan 400 min ədəd səhm geri satılıb. Bu proseslə bağlı Azərbaycan Mərkəzi Bankı və Milli Depozit Mərkəzində müvafiq qeydlər və dəyişikliklər edilib.

Digər xəbərlər