Murad Əhmədiyev: "Güclü idmançı olmaq üçün öz üzərində həmişə işləməlisən"

Güclü idmançı olmaq üçün öz üzərində həmişə işləməlisən.

"Report" xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev deyib.

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında debütünü bürünc medalla başa vuran güləşçi gələcək planlarından da danışıb:

"Çox güclü rəqiblərə qalib gəldim. Qarşıda İslam Həmrəyliyi Oyunları baş tutacaq. Bu yarışa ciddi hazırlaşıb çempion olacağam".

Qeyd edək ki, yığma hesabında 89 xalla ikinci yeri tutub. Güləşçilər mundialda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Ülvi Qənizadə (72 kq) qızıl, Həsrət Cəfərov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev isə (92 kq) bürünc medala sahib çıxıblar.

Digər xəbərlər