Azərbaycan Basketbol Liqası: Bu gün "Sabah" və "Neftçi" komandaları üz-üzə gələcək

Bu gün Azərbaycan Basketbol Liqasında VII tura start veriləcək.

"Report" xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma keçirləcək.

Turun mərkəzi matçında son ölkə çempionu "Sabah" "Neftçi" ilə üz-üzə gələcək. Görüş saat 19:00-da Milli Gimnastika Arenasında baş tutacaq.

Turnir cədvəlinə 10 xalla "Neftçi" başçılıq edir. 9 xala malik "Sabah" isə ikincidir.

Qeyd edək ki, tura noyabrın 16-da yekun vurulacaq.

Digər xəbərlər