"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib

Kişi voleybolçulardan ibarət "Xilasedici" komandası CEV Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Portuqaliyada yerli "Sportinq" klubunun qonağı olub və 3:2 hesablı qələbəyə sevinib.

Komandalar arasında Bakıda keçirilmiş ilk matçda rəqib eyni hesabla qələbə qazandığından qarşılaşmanın taleyi qızıl setdə həll olunub.

Burada üstün çıxış edən (15:13) "Xilasedici" III təsnifat mərhələsinə yüksəlib.

Digər xəbərlər