"Turan" voleybol klubu bu gün Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilər

Qadın voleybolçulardan ibarət "Turan" klubu CEV Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi III təsnifat mərhələsinin cavab qarşılaşmasında Bolqarıstanın "Maritsa" kollektivini qəbul edəcək.

Görüş Tovuz Olimpiya İdman Kompleksində saat 18:00-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk oyunda "Turan" səfərdə rəqibini 3:0 hesabı ilə məğlub edib. Tovuz klubu cavab qarşılaşmasında da qələbə qazanacağı təqdirdə, CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə edəcək.

Digər xəbərlər