Azərbaycan Basketbol Liqasında VI tura bu gün yekun vurulacaq

Azərbaycan Basketbol Liqasında VI tura bu gün yekun vurulacaq.

"Report"un məlumatına görə, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.

"Gəncə" - "Sumqayıt" matçı saat 14:00-da, "Naxçıvan" - "LANDAU Lions" görüşü saat 15:00-da start götürəcək.

Oyunlar müvafiq olaraq Gəncə İdman Sarayında və Milli Gimnastika Arenasında baş tutacaq.

Xatırladaq ki, turun əvvəlki qarşılaşmalarında "Sabah" "Ordu"nu (93:81), "Neftçi" NTD-ni (82:63) məğlub edib.

Digər xəbərlər