Azərbaycan Basketbol Liqası: "Neftçi" bu gün NTD ilə qarşılaşacaq

Azərbaycan Basketbol Liqasının VI turunda bu gün daha bir matç keçiriləcək.

"Report"un məlumatına görə, ikinci oyun günündə "Neftçi" və NTD kollektivləri üz-üzə gələcəklər.

Görüş Milli Gimnastika Arenasında, saat 15:00-da start götürəcək.

Qeyd edək ki, turun ilk qarşılaşmasında "Sabah" "Ordu" kollektivini 91:83 hesabı ilə məğlub edib. Tura noyabrın 8-də yekun vurulacaq.

Digər xəbərlər