Azərbaycan Basketbol Liqasında VI turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün ilk görüşündə "Gəncə" "Sumqayıt"ı qəbul edib.
Gəncə İdman Sarayındakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 80:76.
Günün ikinci oyununda "Naxçıvan" "LANDAU Lions"la üz-üzə gələcək.
Xatırladaq ki, turun əvvəlki matçlarında "Sabah" "Ordu"nu (93:81), "Neftçi" NTD-ni (82:63) məğlub edib.