Kişi voleybolçulardan ibarət "Ordu" komandası CEV Çelenc Kubokunda ilk oyununa çıxıb.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi 1/32 finalda Norveçin "Forde VBK" kollektivinin qonağı olub.
Qarşılaşma Azərbaycan təmsilçisinin 3:0 (25:11, 25:17, 25:19) hesablı qələbəsi ilə bitib.
Tərəflər arasındakı cavab görüşü noyabrın 19-da, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.