Azərbaycanın qadın basketbol millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayır

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində bu gün mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, yığma A qrupunun ilk matçında Bakıda İsveçrə kollektivi ilə üz-üzə gələcək.

Milli Gimnastika Arenasındakı görüş saat 15:00-da start götürəcək.

Xatırladaq ki, Azərbaycan komandası noyabrın 14-də İrlandiya millisini qəbul edəcək.

Digər xəbərlər