Azərbaycanın "LANDAU Lions" basketbol klubu FIBA Avropa Kubokunda növbəti oyununu bu gün keçirəcək.
"Report"un məlumatına görə, komanda səfərdə İsveçrə təmsilçisi "Lions de Geneve" ilə üz-üzə gələcək.
G qrupunun matçı Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.
Qeyd edək ki, buna qədər keçirdiyi 5 oyunda 1 qələbə qazanan "LANDAU Lions" qrupda 6 xalla 6 komanda arasında sonuncu pillədə qərarlaşıb.