“Azərreyl” klubunun Çempionlar Liqasındakı rəqibi bəlli olub

Azərbaycanın kişi voleybolçularından ibarət “Azərreyl” klubunun Çempionlar Liqasındakı rəqibi bəlli olub.

"Report" xəbər verir ki, ölkə çempionu turnirin I təsnifat mərhələsində Serbiya təmsilçisi “Radniçki” ilə münasibətlərinə aydınlıq gətirəcək.

Tərəflər arasında ilk qarşılaşmalar oktyabr 21-23-də, cavab matçı bir həftə sonraya təsadüf edəcək.

Digər xəbərlər