"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu bu gün keçirəcək.
"Report"un məlumatına görə, "ağ-qaralar" H qrupunun VII turunda Latviyada "Riqa"nın qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Xatırladaq ki, əvvəlki altı oyunun birində qalib gələn, beşində uduzan "Neftçi" 7 xalla H qrupunda sonuncu pillədə qərarlaşıb.