"LANDAU Lions"un basketbolçusu De Ondre Cekson FIBA Avropa Kubokunda turun ən yaxşı oyunçusu seçilib

Azərbaycanın "LANDAU Lions" klubunun basketbolçusu De Ondre Cekson FIBA Avropa Kubokunda 6-cı turun ən yaxşı oyunçusu seçilib.

Bu barədə "Report"a klubun mətbuat xidmətindən məlumat verilib.

O, İsveçrədə yerli "Lions de Geneve" komandası ilə oyunda 34 xal, 2 ribaund, 2 assist və 30 effektivlik göstəricisi ilə fərqlənib.

Xatırladaq ki, "şirlər" bu matçda rəqibinə 77:85 hesabı ilə məğlub olub.

Digər xəbərlər