Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulur

Azərbaycan Basketbol Liqasında VII tura bu gün yekun vurulacaq.

"Report"un məlumatına görə, sonuncu oyun günündə iki qarşılaşma keçiriləcək.

Saat 19:00-da NTD "Naxçıvan"la, "Sumqayıt" "Ordu" ilə üz-üzə gələcək.

Oyunlar müvafiq olaraq Bakı İdman Sarayı və Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq.

Xatırladaq ki, VII turun əvvəlki oyunlarında "Sabah" "Neftçi"ni (93:78), "LANDAU Lions" "Gəncə"ni (85:62) məğlub edib.

Digər xəbərlər